Şənbə, 18 May

Rusiya Ukrayna şəhərini "İsgəndər"lə vurdu: Ölənlər və yaralananlar var - VİDEO

image

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kramatorsk şəhərinə raket zərbələri endirib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Kramatorskda zərbələr nəticəsində dağılmış binanın qalıqları altından insanların axtarışını davam etdirir.

Artıq on nəfərin öldüyü məlum olub.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin sosial şəbəkələrdə yaydığı məlumatda bildirilib.

Rusiya hərbçilərinin atəşi nəticəsində həlak olanlar arasında 3 uşaq da (2008 və 2011-ci il təvəllüdlü) var. Həmçinin yaralılar arasında 2022-ci il təvəllüdlü körpənin olduğu da məlum olub.

“Üç nəfər xilas edilib”, - deyə Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.

Baş prokuror Andrey Kostinin sözlərinə görə, zərbələr zamanı 61 nəfər xəsarət alıb. O qeyd edib ki, kafeyə “İsgəndər” raketi düşüb.

“İki “İsgəndər” raketi ilə atəş hücumu axşam saatlarında, insanların işdən sonra evə qayıtdıqları zaman həyata keçirilib. Rusiya Federasiyasının cinayətkar rejimi dinc ukraynalılara qarşı terror taktikasını davam etdirir. Biz cinayət əmrləri verən və onları yerinə yetirən hər kəsi tapacağıq. Onlar cəzalandırlması qaçılmazdır”, - deyə baş prokuror vurğulayıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41